Prezident İlham Əliyev Qaradağda yol tikintisinə 7,9 milyon manat ayırıb


Siyasət 24 İyl 2018 18:04:00 201 0

Prezident İlham Əliyev Qaradağda yol tikintisinə 7,9 milyon manat ayırıb

Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan-Qızıldaş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, qırx altı min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Qızıldaş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon (yeddi milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.