"Bank Respublika" tələbələr üçün "Yay təcrübə proqramı" layihəsinə başlayıb


Digərləri 24 İyl 2018 17:36:51 258 0

"Bank Respublika" tələbələr üçün "Yay təcrübə proqramı" layihəsinə başlayıb

Daim gəncləri və təhsili dəstəkləyən Bank Respublika, tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Yay təcrübə proqramına” bu gün start verdi.

Bakı. Daim gəncləri və təhsili dəstəkləyən Bank Respublika, tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Yay təcrübə proqramına” bu gün start verdi. Bankdan Trend-ə verilən məlumata görə, təcrübə proqramı tələbələr arasında böyük marağa səbəb olmuş və çoxlu saydaiştirak müraciəti qəbul olunmuşdur. Namizədlər arasında aparılan testlər nəticəsində ən savadlı 25 tələbə "Yay təcrübə proqramı"nda iştirak etmək imkanı qazanıb.