Bu qəsəbədə üç gün işıq olmayacaq


Digərləri 24 İyl 2018 17:01:00 274 0

Bu qəsəbədə üç gün işıq olmayacaq

Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində 25-27 iyul 2018-ci il tarixlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.

Fasilələr "Azərenerji" ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan h/x-də aparılacaq təmir işləri ilə əlaqədardır.