Ətraf mühiti çirkləndirənlər 34 min manata yaxın cərimə olundu


Digərləri 24 İyl 2018 16:53:00 266 0

Ətraf mühiti çirkləndirənlər 34 min manata yaxın cərimə olundu

İyulun 1-15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 181 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli "məcburi göstəriş" verilib.