Rusiyalı sabiq futbolçu məşqçiliyə başladı


İdman 24 İyl 2018 15:37:00 280 0

Rusiyalı sabiq futbolçu məşqçiliyə başladı

Rusiya milli komandasının və CSKA-nın sabiq futbolçusu Sergey İqnaşeviç məşqçilik karyerasına başlayıb.  Goal.az xəbər verir ki, 39 yaşlı veteran müdafiəçi CSKA-nın gənclər komandasında çalışacaq. O, baş məşqçi Andrey Aksyonovun köməkçisi olacaq. 

Sergey İqnaşeviç DÇ-2018-in 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.