Azərbaycan “Pegasus 120” PUAlarının istehsalına başlayır?


Digərləri 24 İyl 2018 15:17:00 233 0

Azərbaycan “Pegasus 120” PUAlarının istehsalına başlayır?

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə İsrailin "Aeronautics" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanmış kontraktdan daha çox, sadəcə niyyət bəyanatı olmasına baxmayaraq, bu memorandum Azərbaycan üçün İsrailin "Aeronautics" şirkəti tərəfindən istehsal edilən "Pegasus 120" çoxqanadlı PUA-sının istehsalına dair əməkdaşlıq etmə imkanı açıb.

Son.az ordu.az-a istinadən xəbər verir ki, iyulun 11-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən yayılan məlumata görə, nazirin müavini Yəhya Musayev və "Aeronautics"in sədri Yedida Yaari "Azad Systems"lə bağlı Anlaşma Memorandumu imzalayıb. 

Memorandumda Azərbaycanda adıçəkilən PUA-nın yeni versiyasının birgə istehsalı nəzərdə tutulub.