“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq edildi


Digərləri 24 İyl 2018 15:04:00 295 0

“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi"ni təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sənəd ömürboyu təhsilin tanınması məqsədi ilə hazırlanıb. Buraya ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili (subbakalavr təhsili), ali təhsil, əlavə təhsil üzrə kvalifikasiyalar daxil edilib.

Milli Kvalifikasiyalar Çərçivəsi (MKÇ) əmək bazarı və vətəndaş cəmiyyəti ilə münasibətdə milli kvalifikasiya alt sistemlərinin bir-biri ilə əlaqələndirilməsi və inteqrasiyası, eləcə də kvalifikasiyaların şəffaflığı, əldə olunması imkanı, ardıcıllığı və keyfiyyətinin inkişaf etdirilməsi məqsədini daşıyan və əldə olunan təlimin konkret səviyyələri üzrə müəyyən edilən meyarlar əsasında kvalifikasiyaların təsnifat vasitəsidir.