Keşlə-nin futbolçusu Rumıniya klubunun maraq dairəsində


İdman 24 İyl 2018 15:00:00 305 0

Keşlə-nin futbolçusu Rumıniya klubunun maraq dairəsində

Keşlə-nin futbolçusu Sezar Meza Kolli Rumıniyanın Universitatja Craiova klubundan təklif alıb. Goal.az xəbər verir ki, Rumıniyanın yüksək dəstəsində çıxış edən komanda 27 yaşlı legionerin xidmətində maraqlıdır.

“Belə bir təklif var. Lakin hələlik Sezarın müqavilə ilə məxsus olduğu Keşlə ilə danışmamışam. Klubla söhbətdən sonra dəqiq bir söz deyə bilərəm” - futbolçunun meneceri Kamil Məmmədov deyib. 

Azərbaycanda Zirə-nin də formasını geyinən Sezar Meza Kolli ötən ay Keşlə ilə müqaviləsinin müddətini daha bir il uzadıb. O, ötən mövsüm paytaxt komandası ilə Azərbaycan Kubokunun qalibi olub.