Yerevanda "Nairit" zavodunun əməkdaşları hökumət binasına girişi bağlayıb


Dünya 24 İyl 2018 14:49:50 297 0

Yerevanda "Nairit" zavodunun əməkdaşları hökumət binasına girişi bağlayıb

Zavod işçiləri yeddi aylıq əmək haqqlarının ödənilməsini tələb edirlər

Ermənistanda "Nairit" zavodunun əməkdaşları paytaxt Yerevanda hökumət binası qarşısında etiraz aksiyası keçirərək yeddi aylıq əmək haqqlarının ödənilməsini tələb edirlər.

"Report" "News.am"a istinadən xəbər verir ki, zavod işçiləri etiraz əlaməti olaraq hökumət binasına giriş-çıxışı bağlayıb.

"Paşinyanın əmək haqqlarımızın verilməsinə dair qərarından artıq bir ay keçir. Amma hər dəfə "bu gün - sabah" deyə-deyə bizi aldadırlar. Fövqəladə hallar naziri Paşinyana qarşı hərəkət edir, "Tsarukyan" bloku artıq seçki kampaniyasına başlayıb və bizim məsələ ilə məşğul olmur. Paşinyan bu problemin qaldığını görsə, dərhal məsələni həll edər", - zavod əməkdaşlarından biri deyib.

Qeyd edək ki, "Nairit" zavodunun təhlükəsizliyini təmin edən əməkdaşları FHN-də qeydiyyatdan keçiblər və əmək haqqlarını bu qurumdan alırlar.