Gömrük Komitəsinin əməkdaşına Ümümdünya Gömrük Təşkilatında mühüm səlahiyyət verilib


Digərləri 24 İyl 2018 14:35:00 223 0

Gömrük Komitəsinin əməkdaşına Ümümdünya Gömrük Təşkilatında mühüm səlahiyyət verilib

Dövlət Gömrük Komitəsinin (DGK) Ümümdünya Gömrük Təşkilatındakı (ÜGT) nümayəndəsi Daşqın Əliyev növbəti maliyyə ili müddətində təşkilatın Baş katibi tərəfindən Avropa Regional İnkişaf Meneceri, eyni zamanda Eurocustoms və Alman Gömrük Əməkdaşlıq fondları üzrə icraçı menecer təyin olunub.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) Ümümdünya Gömrük Təşkilatındakı (ÜGT) nümayəndəsi Daşqın Əliyev növbəti maliyyə ili müddətində təşkilatın Baş katibi tərəfindən Avropa Regional İnkişaf Meneceri, eyni zamanda Eurocustoms və Alman Gömrük Əməkdaşlıq fondları üzrə icraçı menecer təyin olunub. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Qeyd edək ki, idarəçiliyin asanlaşdırılması və əməkdaşlığın daha səmərəli təşkili baxımından ÜGT öz işini 182 üzv ölkələrin bölündüyü 6 region üzrə təşkil edir ki, bunlardan ən böyüyü Avropa Regionu olmaqla 52 dövləti özündə birləşdirir. Qeyd olunan regionlarda həmçinin ÜGT-nin müxtəlif regional struktur təsissatları da fəaliyyət göstərir.