Azərbaycan müasir günəş panelləri ixrac edəcək


Digərləri 24 İyl 2018 14:06:00 266 1

Azərbaycan müasir günəş panelləri ixrac edəcək

Azərbaycan beynəlxalq bazara daha müasir günəş panelləri ixrac etməyə hazırlaşır.

Son.az xəbər verir ki, bunu Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.

C.Məlikovun sözlərinə görə, artıq müasir günəş panellərinin istehsal olunduğunu nəzərə alsaq, beynəlxalq bazara köhnə tip panelləri tədarük etməyin mənası yoxdur, çünki onları heç kim almayacaq:

"Buna görə də günəş batareyalarının ixracı məsələlərində irəli getmək üçün bizə ilk növbədə yeni texnologiyaları tətbiq etmək, müasir və yüksək effektli günəş panellərinin istehsalını mənimsəmək lazımdır. Yalnız bundan sonra qonşu və digər ölkələrin bazarlarına çıxmaq olar".

Agentliyin sədr müavini qeyd edib ki, hazırda gündəlikdə "Azgüntex" şirkətinin günəş panelləri zavodunun modernləşdirilməsi məsələsi dayanır: