Yevlaxda qəbiristanlıqdan oğurluq olub


Digərləri 24 İyl 2018 13:50:00 225 0

Yevlaxda qəbiristanlıqdan oğurluq olub

Yevlaxda qəbiristanlıqdan oğurluq olub

Bakı. Yevlaxda qəbiristanlıqdan oğurluq olub. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 23-də Yevlax Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbristanlıqların birində qəbirlərin ətrafına quraşdırılmış metal çəpərlərin oğurlandığı barədə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Sadəddin Əhmədov və Mahir Məmmədov olduqları müəyyən edilib.