Yük və sərnişin daşımaları həyata keçirən sürücülər xüsusi kurslar keçəcək


Digərləri 24 İyl 2018 13:57:00 283 0

Yük və sərnişin daşımaları həyata keçirən sürücülər xüsusi kurslar keçəcək

Ölkədə təhlükəsiz daşımaların həyata keçirilməsi ilə bağlı sürücülərin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin fəaliyyəti təkmilləşdirilir.

Bakı. Elçin Mehdiyev - Ölkədə təhlükəsiz daşımaların həyata keçirilməsi ilə bağlı sürücülərin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin fəaliyyəti təkmilləşdirilir. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən “Təhlükəsiz xidmət - peşəkar sürücü” konsepsiyası əsasında kompleks tədbirlər planı hazırlanıb. Xidmətdən Trend-ə verilən məlumata görə, qurumun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazası beynəlxalq standartlara uyğunlaşdırılacaq. Bu istiqamətdə işlərə artıq start verilib. Təlim-Tədris Mərkəzində ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən sürücülərin, habelə taksi sürücülərinin xüsusi proqram əsasında peşə fəaliyyətinə və davranışına uyğun hazırlanması planlaşdırılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Təlim-Tədris Mərkəzi respublikamızda müxtəlif kateqoriyalar, o cümlədən “A” kateqoriyası üzrə peşəkar sürücü kadrların hazırlanması istiqamətində fəaliyyət göstərən ilk tədris müəssisəsidir. Təlim-Tədris Mərkəzində əyani vəsait və avadanlıqlarla təchiz olunan “A”, “B”, “BC”, “D”, “BE”, “CE”, “DE” kateqoriyaları üzrə sinif otaqları, Simulyator otağı, eləcə də taksi minik avtomobili sürücülərinin, avtobus sürücülərinin peşə fəaliyyətinə və davranışına dair kursların aparılması üçün tədris kabinetləri və imtahan zalı mövcuddur.