Dünyanın ən çox satılan kitabları


Digərləri 24 İyl 2018 13:40:00 291 0

Dünyanın  ən çox satılan kitabları

Son.az  kitabsevərlər üçün dünyada ən çox tirajla satılan 10 kitab haqqında məlumatı təqdim edir.

10. "Düşün və varlan" (70 milyon nüsxə)

Napoleon Hill tərəfindən 1937-ci ildə ingilis dilində yazılan fərdi inkişaf kitabıdır. Kitab 1970-ci ildə yazıçının vəfatına qədər 20 milyondan çox satılıb, 2011-ci ilin göstəricilərinə görə isə satış sayı dünya miqyasında 70 milyona çatıb. Müəllif kitabda öyrədilən fəlsəfənin insanların bütün iş sahələrində uğurlu olmaları, istədikləri hər şeyə kömək olacağını iddia edir.

9. "Da Vinçi şifrəsi" (80 milyon nüsxə)

Den Braun tərəfindən 2003-cü ildə ingilis dilində yazılmış sirli detektiv janrında romandır. Roman satışa çıxdığı ilk həftənin sonunda böyük uğur qazanıb və "New York Times"ın "Ən çox satılanlar" siyahısına 1-ci yerdə daxil olub. Həmçinin, "The Wall Street" jurnalı, "San-Fransisko Chronicle",  "Publisher's Weekly"in "Ən çox satılanlar" siyahısında ilk sırada yer alıb. Roman Luvr muzeyində qoca mühafizəçinin qətlini Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılır.

8. "Narniya gündəlikləri: Aslan, cadugər və dolab" (85 milyon nüsxə)

Kliv Stepls Levis tərəfindən 1950-ci ildə ingilis dilində yazılıb. Piter, Suzanna və Lusi tilsimli bir dolabın içindəki keçiddən keçib özlərini Narniyada görürlər. Ancaq Narniya əvvəlki Narniya deyil. Çünki pislik saçan cadugər tərəfindən dondurulub, bütün fəsillərdə qış hökm sürür. Türk mifologiyasına aid izlərin olduğu kitabda aslanın əsl adı elə Aslandır. Yəni Kliv Stepls Levis aslana ad verərkən ingiliscə "Lion" əvəzinə, türkcə qarşılığı olan "Aslan" adından istifadə edib. Ayrıca Edmund Narniyada Ağ Cadugər ilə qarşılaşdıqda cadugər onu sehrli türk lokumu ilə aldadır.  

7.  "Aişə" (100 milyon nüsxə)

Henri Rider Haqqard tərəfindən 1905-ci ildə yazılmış fantastik romandır. Roman kembricli macərapərəst Horeyk Hollinin mənəvi oğlu Leo Vinseylə birlikdə Afrikanın dərinliklərinə etdikləri səfərdən nəql edir. Səfər zamanı ibtidai qəbilə və Şe adlandırdıqları, itaət etməli olduqlarını düşündükləri Aişə adında müəmmalı, ağ kraliça ilə rastlaşırlar. 

6.  "On zənci balası" (100 milyon nüsxə)

Aqata Kristi tərəfindən 1939-cu ildə ingilis dilində, detektiv janrında yazılmış əsərdir. Müəllifin bu əsərində keçmişdə verdikləri qərarları, səhvləri, laqeydlikləri ilə insanların ölümünə səbəb olan on nəfər bunları sirr olaraq saxlayır. Bu insanlar bir gün Una Nansi Oven adlı birindən məktub alırlar və istirahət məqsədilə Zənci adasında dəbdəbəli malikanəyə dəvət edilirlər. Hər şey də bundan sonra başlayır.