Yunanıstanda meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur


Digərləri 24 İyl 2018 13:24:00 251 0

Yunanıstanda meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Yunanıstanda tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb.

Bakı. Yunanıstanda tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.