Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək


Digərləri 24 İyl 2018 13:02:00 277 0

Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyulun 28-də saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 27) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.