"Axı qulluqçu niyə insan olsun?!" Ərəb "şahzadə"dən


Digərləri 24 İyl 2018 12:58:52 333 0

"Axı qulluqçu niyə insan olsun?!"  Ərəb "şahzadə"dən

Axı qulluqçu kimdir ki, onun insan haqları olsun, ona istirahət günü verilsin?! Axı qulluqçu kimdir ki, onun pasportu həmişə yanında olsun?!

Küveytin ən məşhur vizajistlərindən biri, İnstagram-da populyar sima olan Sondos Alqattanın sosial şəbəkədəki açıqlaması çox böyük qalmaqal yaradıb.

O, İnstagram-dakı profilində paylaşdığı videoda Küveytdə reallaşdırılması nəzərdə tutulan sosial islahatları sərt tənqid edib.

Həmin islahatlar Küveytdə yaşayan və çalışan miqrantların iş, yaşam şəraitlərinin yaxşılaşdırılmasını, onların fəaliyyətlərinin qanuni məcraya salınmasını nəzərdə tutulur.

Ən böyük yenilik isə hazırda tam əksəriyyəti əmək müqaviləsi və müvafiq sənədləşdirmə olmadan işləyən miqrantların sənədlərinin qaydaya salınmasıdır. Bu, miqrantların Küveytdə kölə kimi işlədilməsinə, onların qul əməyinə, istismarına son qoyacaq.

Sosial şəbəkələrdə "Ərəb şahzadə" kimi tanınan Sandos Alkattan isə bu islahatları yersiz və mənasız sayıb: "Nə deyirsiniz - yəni hansısa filippinli qulluqçu gəlib mənimlə bərabər hüquqa malik olacaq?! Yəni belələrinə həftədə bir gün istirahət veriləcək?! Onlara pasport veriləndən sonra ölkələrinə qaçsalar, pulumu kim qaytaracaq?! Bundan sonra filippinli qulluqçu istəmirəm".


Xəbərə aid fotolar