Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir


Digərləri 24 İyl 2018 12:54:00 276 0

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir

Bakı. Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyi və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyulun 27-dək davam edəcək işçi görüşdə müasir pedaqoji texnologiyalar, taksonomiyanın əsasları və s. bu kimi məsələlər ətrafında müzakirələr aparılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin