Yaşlı insana yer tələb edən gənc döyüldü VİDEO FOTO


Dünya 24 İyl 2018 12:43:00 382 0

Yaşlı insana yer tələb edən gənc döyüldü  VİDEO  FOTO

Türkiyənin İzmit şəhərində ictimai nəqliyyatda sərnişinlərdən yaşlı insanlara yer vermələrini tələb edən gənc döyülüb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, yerini avtobusa minən yaşlı cütlüyün qadın üzvünə verən gənc həmyaşıdlarını qoca kişiyə yer verməyə səsləyib. Amma onun çağırışını nəzərə alan olmayıb.

Təkrar çağırışı zamanı avtobusdakı D.A adlı şəxs gəncə hücum edərək dodağını yumruq zərbəsi ilə partladıb. Avtobusdakılar gəncləri ayırmağa çalışıblar. Hadisə yerinə polis çağırılıb. Gənclərin ilkin ifadəsi alınaraq sərbəst buraxılıblar.


Xəbərə aid fotolar