Adnana görə azyaşlı oğlunu tərk etdi


Dünya 24 İyl 2018 12:22:00 256 0

Adnana görə azyaşlı oğlunu tərk etdi

Adnan Oktar və adamlarına qarşı təşkil edilən əməliyyatda saxlanılan M.K. adlı bir qadın 22 il öncə şəbəkə daxili cinsi əlaqə zamanı bir uşaq dünyaya gətirdiyini deyib. Lakin qadın 7 yaşında uşağını tərk edib, şəbəkədəki işinə davam etdiyini deyib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, polis idarəsində dindirilən M.K-ya oğlunun indiki fotosu göstərilib. Şübhəli qadın fotodakı şəxsi tanıya bilmədiyini deyib. Sonra M.K-ya uşağın 7 yaşında çəkilmiş bir şəkli göstərilib. İllərdir görmədiyi oğlunu bu dəfə tanıyan M.K. şoka düşərək "Bu, mənim oğlum A." deyib.


Xəbərə aid fotolar