Mourinyo fransalı hücumçunun getməsinə tərəfdardır


İdman 24 İyl 2018 12:28:00 292 0

Mourinyo fransalı hücumçunun getməsinə tərəfdardır

Manchester United-in baş məşqçisi Joze Mourinyo Antoni Marsialı yeni mövsüm planlarına daxil etmir. Goal.az xəbər verir ki, portuqal mütəxəsis bununla bağlı klubun vitse-prezidenti Ed Vudvordla müzakirələr aparır.

Mourinyodan fərqli olaraq, Ed Vudvord fransalı hücumçunun komandada qalmasının tərəfdarıdır. Bu səbəbdən ikili arasında fikir ayrılığı yaranıb.

Hazırda Juventus və Bayern Munchen 22 yaşlı oyunçu ilə yaxından maraqlanır. Marsial komandadan ayrılacağı təqdirdə, Joze Mourinyo İvan Perişiç (İntei) və Villyandan (Chelsea) birini sərəncamında görmək arzusundsadır.