Azərbaycan və Litva yeni saziş imzalamağa hazırlaşır FOTO


Digərləri 24 İyl 2018 12:11:00 291 0

Azərbaycan və Litva yeni saziş imzalamağa hazırlaşır  FOTO

Litva ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsi də artıq imzalanmaq üçün hazırdır.

Son.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə nazirlikdə keçirdiyi görüşdə bildirib.

S.Babayev Sazişin imzalanması üçün Litvanın sosial təminat və əmək naziri Linas Kukuraitisi ölkəmizə səfərə dəvət edib.

Görüşdə Avropa İttifaqının "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin rezident tvinninq müşaviri Audra Mikalauskaite də iştirak edib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar proqramına uyğun olaraq, ölkədə dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində müvafiq işlərin aparıldığını diqqətə çatdırıb. O, qeyd olunan Tvinninq layihəsinin qabaqcıl Avropa təcrübəsi əsasında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin idarəçilik və praktik iş mexanizmlərinin innovativ əsaslar üzərində gücləndirilməsində dəyərli dəstək olduğunu vurğulayıb.


Xəbərə aid fotolar