Barcelona-nın müdadiəçisi Sivasspor-da


İdman 24 İyl 2018 11:33:00 251 0

Barcelona-nın müdadiəçisi Sivasspor-da

Sivasspor heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, Superliqada mübarizə aparan klub Barselona-nın müdafiəçisi Duqlası heyətinə qatıb. Braziliyalı futbolçu Sivasspor-da mövsümün sonunda kimi icarədə oynayacaq. 

27 yaşlı futbolçu Barcelona-ya 2014-cü ilin yayında Sao Paulo-dan transfer edilib. Kataloniya klubunda cəmi 8 qarşılaşmaya çıxan müdafiəçi 2016/17 mövsümündə Sporting-də (Xixon) (21 matç, 3 qol), ötən mövsüm isə Benfica-da (10 matç) icarədə oynayıb.