I Divizion və əvəzedicilərin çempionatı birləşdirilib


İdman 24 İyl 2018 12:09:00 314 0

I Divizion və əvəzedicilərin çempionatı birləşdirilib

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Goal.az xəbər verir ki, iclasda 1-ci divizionla Premyer Liqa klublarının əvəzedici heyətlərinin yarışının birləşdirilərək, vahid çempionatın keçirilməsi haqda qərar qəbul edilib. Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Baş katibin sözlərinə görə, yarışda 12-14 komanda iştirak edəcək:

"İcraiyyə Komitəsinin iclasında  təklifimiz təqdim olundu. Qərar qəbul olundu ki, Premyer Liqada iştirak edən klubların əvəzedici komandaları 1-ci divizionda oynasınlar. Həmçinin, 1-ci divizionun 4 və ya 6 komandasının qalması qərara alındı. 8 əvəzedici komanda da onlara qoşulacaq. Orda da müvafiq limit tətbiq olunacaq. 4 nəfər sərbəst, 6 nəfər 1998-ci il təvəllüdlü və cavan, 1 nəfər isə 2001-ci il təvəllüdlü futbolçu mütləq heyətdə yer almalıdır. Bunu etməklə gənclərə əlavə şans veriləcək. Həmçinin, aşağı yaş qrupu üzrə milli üzvlərinə, klubların ehtiyatında oturan futbolçulara şans veriləcək. Bu, danışılmış oyunlarla mübarizənin də bir yoludur. Artıq əvəzedici komanda birbaşa klubu təmsil edəcək. Premyer Liqada iştirak edən klublar da bununla bağlı məsuliyyət daşıyacaqlar. Düşünürük ki, onların köməyi ilə bu "virus"u tam şəkildə məhv edəcəyik".