Pakistanda keçmiş hərbçi camaatı atəşə tutdu - 6 ölü


Digərləri 24 İyl 2018 12:17:00 271 0

Pakistanda keçmiş hərbçi camaatı atəşə tutdu - 6 ölü

Pakistanın Pəncab vilayətində keçmiş hərbçi dinc sakinləri atəşə tutub.

Bakı. Pakistanın Pəncab vilayətində keçmiş hərbçi dinc sakinləri atəşə tutub. Trend-in məlumatına görə, insident nəticəsində azı 6 nəfərin öldüyü, daha 6 nəfərin isə yaralandığı bildirilir. Məlumata görə, atəş açan 50 yaşlı Məhəmməd Səid heç bir səbəb olmadan kafedə əyləşənləri və yoldan keçənləri atəşə tutub. Bundan sonra həmin şəxs özünü güllələyərək intihar edib.