Pakistanda mitinqə toplaşanlar atəşə tutuldu


Dünya 24 İyl 2018 12:04:35 274 0

Pakistanda mitinqə toplaşanlar atəşə tutuldu

Pakistanın Pəncab əyalətinin Çakval bölgəsində naməlum şəxs siyasi mitinq iştirakçılarına atəş açıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə dünən gecə saatlarında baş verib. Yerli partiyalardan birinin təşkil etdiyi mitinqə gələn şəxs kütləyə avtomatik silahdan atəş açdıqdan sonra özünü də vurub.