Müğənni Fədayə Laçın və Penitensiar Xidmətin əməkdaşlarının məhkəməsi başlayır


Digərləri 24 İyl 2018 11:55:00 331 0

Müğənni Fədayə Laçın və Penitensiar Xidmətin əməkdaşlarının məhkəməsi başlayır

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının, Penitensiar Xidmətin əməkdaşlarının və digərlərinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, cinayət işi hakim Azad Məcidovun icraatında araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 3-nə təyin edilib.

Cinayət işi üzrə ümumilikdə 13 nəfər təqsirləndirilən şəxs var.