Rəhbər vəzifədə işləmək istəyənlər üçün imtahan keçiriləcək


Digərləri 24 İyl 2018 11:35:00 283 0

Rəhbər vəzifədə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 29 iyul 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Mərkəzdən Son.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat 27 iyul saat 18:00-dək davam edəcəkdir.

24 iyul saat 10:00-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün AB vəzifə qrupu üzrə 5, AC vəzifə qrupu üzrə 17 nəfər olmaqla, ümumilikdə 22 nəfər qeydiyyatdan keçib.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriliəcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.