Dövlət qulluğunda işləmək istəyənlər üçün sınaq imtahanları keçiriləcək


Digərləri 24 İyl 2018 11:12:00 258 0

Dövlət qulluğunda işləmək istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 3 və 11 avqust tarixlərində keçiriləcək.

İmtahanlar saat 10:00-da başlayacaq. Sınaq imtahanlarında təkrar test tapşırıqlarından istifadə ediləcək.