İranın hərbi gəmiləri Bakıya gələcək


Siyasət 24 İyl 2018 11:16:00 272 0

İranın hərbi gəmiləri Bakıya gələcək

İran Hərbi Dəniz Qüvvələri Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Donanmasının komandiri, kontr-admiral Hosseyn Xanzadi bildirib.

"Yarışın əsas məqsədi Xəzər hövzəsi ölkələri arasında dostluq və yaxınlıq əlaqələrini gücləndirməkdir", - Xanzadi deyib.

O xatırladıb ki, turnir çərçivəsində müxtəlif ölkələrdə Dəniz Piyadaları Kuboku keçiriləcək.

Kontr-admiral vurğulayıb ki, Azərbaycanda dəniz dalğıclığı üzrə əsas çempionatla yanaşı, atışlarla bağlı yarışlar keçiriləcək və bu məqsədlə İran iyulun 24-də Bakıya iki hərbi gəmi göndərəcək.