Azərbaycan və Litva yeni saziş imzalamağa hazırlaşır (FOTO)


Digərləri 24 İyl 2018 10:49:53 233 0

Azərbaycan və Litva yeni saziş imzalamağa hazırlaşır (FOTO)

Litva ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb.

Bakı. Litva ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi də artıq imzalanmaq üçün hazırdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə nazirlikdə keçirdiyi görüşdə bildirib. S.Babayev Sazişin imzalanması üçün Litvanın sosial təminat və əmək naziri Linas Kukuraitisi ölkəmizə səfərə dəvət edib. Görüşdə Avropa İttifaqının “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin rezident tvinninq müşaviri Audra Mikalauskaite də iştirak edib.