Ən bahalı malikanələrdən biri satılır FOTO


Digərləri 24 İyl 2018 10:45:00 257 0

Ən bahalı malikanələrdən biri satılır  FOTO

Britaniyanın ən zəngin və uğurlu daşınmaz əmlak maqnatlarından biri Kevin Keş ən sevimli malikanəsini satışa çıxarıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Birmingem şəhərinin yaxınlığında, Oksfordşir qraflığının Biçester şəhərinin cənubunda olan "North Aston Hall" malikanəsinin ilkin satış qiyməti 28 milyon funt-sterlinqdir. 

Kevin Keş ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün özünü qismən müflis elan edib və məhkəməyə üz tutub. Onun sevimli malikanəsini satışa çıxarmasının əsas səbəbidir.

18-ci əsrin sonlarında məşhur britaniyalı memar Con Yennin layihəsi əsasında tikilmiş malikanənin ilk sahibi Yamayka ilə ticarət edən Çarlz Oldfild idi.