“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib


Siyasət 24 İyl 2018 10:33:27 308 0

“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 28-da yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq.

Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.