Bakıda yeni yolunun tikintisi layihəsi altına düşən torpaq sahələri dövlət tərəfindən alınacaq


Digərləri 24 İyl 2018 09:30:00 232 0

Bakıda yeni yolunun tikintisi layihəsi altına düşən torpaq sahələri dövlət tərəfindən alınacaq

Bakıda yeni avtomobil yolunun tikintisi layihəsi altına düşən torpaq sahələri dövlət tərəfindən alınacaq.

Bakı. İlhamə İsabalayeva- Bakıda Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələri dövlət tərəfindən alınacaq. Trend-in məlumatına görə, bununla əlaqədar Baş nazir Novruz Məmmədov qərar verib. Qərara əsasən, “Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 15 may tarixli 82 nömrəli sərəncamına əsasən, Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələrinin alınması həyata keçirilsin.