Tikintiyə icazə vermə haqqında sənədlərin reyestrə daxil edilmə müddəti qısaldıldı


Digərləri 24 İyl 2018 09:27:00 289 0

Tikintiyə icazə vermə haqqında sənədlərin reyestrə daxil edilmə müddəti qısaldıldı

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının Dövlət Tikinti Reyestrinə məlumatları daxil etmə müddəti qısaldılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verdiyi tarixdən 3 gün müddətində bu qaydaların 3.1.1-ci yarımbəndində (tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar) nəzərdə tutulmuş sənəd və məlumatları Tikintilərin Dövlət Reyestrinə təqdim etməlidir.