Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq


Digərləri 24 İyl 2018 09:20:00 257 0

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq.

Bakı. İlhamə İsabalayeva- “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq. Trend-in məlumatına görə, bununla əlaqədar baş nazir Novruz Məmmədov qərar verib. Qərara əsasən, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 19 fevral tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınsın.