Bu alqoritmlərin hazırlanması qadağan edilir


Digərləri 24 İyl 2018 08:51:00 254 0

Bu alqoritmlərin hazırlanması qadağan edilir

İyulun 13-19-da Stokholmda (İsveç) süni intellektə həsr edilən "International Joint Conference on Artificial Intelligence" konfransı keçirilir.

Son.az technote.az-a istinadən bildirir ki, tədbir zamanı "Future of Life Institute" qeyri-kommersiya təşkilatı tərəfindən ölümlə nəticələnən alqoritmlərin istehsalının qadağan edilməsi haqqında saziş tərtib olunub.

Sənədi imzalayan şəxslər arasında "DeepMind" şirkətinin təsisçisi Demis Hassabis, sahibkar Elon Musk, Skype-ın təsisçisi Jan Tallin yer alıb.

Sənədə ümumilikdə 164 təşkilat və 2410 nəfər imza atıb. Sazişə görə, süni intellektdən istifadə edən silah sistemləri bəşəriyyət üçün mənəvi və praqmatik təhlükə yaradır.