MacBook Prolar artıq daha güclü videokarta malik olacaq


Digərləri 24 İyl 2018 08:55:00 237 0

MacBook Prolar artıq daha güclü videokarta malik olacaq

Apple markasının ən çox istifadə edilən cihazlarından biri də MacBook Pro-lardır. Lakin incəliyi səbəbi ilə ən gückü video kartları dəstəkləmir. Hər il yenisini almaq da olmur, çünki çox bahadır. Belə olan halda istifadəçilər eGPU ( External Graphics Processor Unit) adlanan xarici videokartlardan istifadə edərək parametrləri artırırlar. İndi isə Apple öz istehsalı olan Blackmagic eGPU cihazını təqdim etdi.

Son.az technote.az-a istinadən bildirir ki, MacBook Pro'lara Thunderbolt portu vasitəsilə qoşulan cihazda 8 Gb-lik Radeon Pro 580 videokartı var və bu cihazın qiyməti 699 dollardır.