Xiaomi Mi Max 3 təqdim olundu


Digərləri 24 İyl 2018 08:59:00 236 0

Xiaomi Mi Max 3 təqdim olundu

Əvvəlcədən planlaşdırıldığı kimi Xiaomi şirkəti bugün Mi Max 3 smartfonunu (fablet) təqdim etdi. Yeni smartfon böyük ekran və batareya həcmi, heç də pis olmayan prosessor və istifadəçi üzü skanı texnologiyasını əldə edib. Smartfonun texniki özəllikləri barəsində məlumatlar təqdimatdan bir neçə müddət öncə internetdə yayılmışdı.

Son.az technote.az-a istinadən bildirir ki, bugünki təqdimatda isə şirkət onları təsdiqlədi. Beləliklə Xiaomi Mi Max 3 18:9 nisbətli 6.9 inç Full HD+ ekran, 8 nüvəli Snapdragon 636, Adreno 509 GPU qrafik çipi, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), sürətli enerji yığma özəllikli 5500 mAh enerji tutumlu batareya, 12 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub.