Bu hava gəmisi üçün lisenziya tələb edilmir


Digərləri 24 İyl 2018 08:11:00 370 0

Bu hava gəmisi üçün lisenziya tələb edilmir

ABŞ-ın Opener şirkəti vertikal şəkildə havaya qalxan və enən BlackFly fərdi uçuş aparatını nümayiş etdirib.

Son.az technote.az-a istinadən bildirir ki, hava gəmisinin sərnişin tutumu 1 nəfər təşkil edir.

İstehsalçıların sözlərinə görə, multikopteri hər kəs idarə edə bilər və bu səbəbdən uçuşlar üçün pilot lisenziyası tələb olunmur. Artıq ABŞ və Kanadada BlackFly üçün bütün lazımi sertifikatlar verilib.