Goranboyda piyadanı vuran tutuldu


Digərləri 24 İyl 2018 08:13:00 261 0

Goranboyda piyadanı vuran tutuldu

Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, iyulun 20-də saat 21 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Ziyəddin Rüstəmov vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.

Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-21103" markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini Kamal Məmmədov saxlanılıb.