Şəki sakinindən silahsursat götürülüb


Digərləri 24 İyl 2018 08:03:00 224 0

Şəki sakinindən silahsursat götürülüb

Şəki sakinindən silah-sursat aşkar edilərək götürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, iyulun 5-də Şəki şəhər sakini Şahin Əlibalayevin münaqişə zəminində qonşusu Azər İbrahimovun evinin giriş qapısına tüfəngdən atəş açması barədə iyulun 21-də Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əlibalayevin evindən müvafiq sənədləri olan "Vinçester" tipli tüfəng, 6 ədəd patron və 1 ədəd süngübıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.