Netanyahu Lavrovla görüşüb


Dünya 24 İyl 2018 08:08:00 251 0

Netanyahu Lavrovla görüşüb

İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla bir araya gəlib.

Son.az "Report"a istinadən bildirir ki, görüşdə həmçinin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gersimov, İsrailin müdafiə naziri Aviqdor Liberman və digər dövlət rəsmiləri də iştirak ediblər.

Rusiya Prezidenti Vladimir Putinin istəyi ilə reallaşan görüşün detallarına dair rəsmi bir açıqlama verilməyib. İsrail mətbuatı isə görüşdə Suriyanın gələcəyi və İranın Suriyadakı varlığının gündəmə gəldiyini yazıb.