Bakıda orta yaşlı kişi bıçaqlanıb FOTO


Digərləri 24 İyl 2018 08:10:00 250 0

Bakıda orta yaşlı kişi bıçaqlanıb  FOTO

Yaralının ifadəsini almaq mümkün olmayıb

Sabunçu rayonunda bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.

"Report"un xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Rüstəm Rüstəmov küçəsində Bakı şəhər sakini 34 yaşlı Əliyev Elşən Ucayət oğlu qeyri müəyyən şəraitdə bıçaq xəsarətləri alıb. O, təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı qarnın ön divarının kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya qəbul edilib. O, əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır.

Yaralının ifadəsini almaq mümkün olmadığı üçün onun hələlik kim və ya kimlər tərəfindən, hansı şəraitdə vurulması məlum deyil.


Xəbərə aid fotolar