Dünyanın ən nüfuzlu gəncləri məlum olub


Digərləri 24 İyl 2018 07:41:00 261 0

Dünyanın ən nüfuzlu gəncləri məlum olub

"Fortune" jurnalı yaşı 40-dan aşağı olan dünyanın 40 ən nüfuzlu gəncindən  ibarət illik reytinqini dərc edib. "40 under 40" reytinqində ilk pilləni 34 yaşlı iş adamları bölüşdürürlər: "Facebook"un həmtəsisçisi və direktoru Mark Zukerberq, həmçinin "Facebook" şirkətinə məxsus "Instagram" sosial şəbəkəsinin direktoru Kevin Sistrom.   Son.az ICTnews-a istinadən bildirir ki, "Airbnb" startapının həmtəsisçisi və direktoru 36 yaşlı Brayan Çeski reytinqdə 5-ci , "Dropbox" şirkətinin rəhbəri 35 yaşlı Dryu Hyuston və "Spotify" şirkətinin direktoru 35 yaşlı Deniyel Yek isə 8-ci pillədə qərarlaşıblar. "Snap"ın rəhbəri 28 yaşlı Evan Şpiqel 16-cı, müğənni Rianna isə 21-ci yeri tutublar.