Mobil telefonlar yaddaşa necə təsir edir?


Digərləri 24 İyl 2018 07:31:00 235 0

Mobil telefonlar yaddaşa necə təsir edir?

Mobil telefonların elektromaqnit şüalanması yeniyetmələrdə yaddaşın inkişafına mənfi təsir göstərə bilər. İsveçrə Tropiklər və İctimai Səhiyyə İnstitutunun mütəxəssisləri bu qənaətə gəliblər.   Son.az ICTnews-a istinadən bildirir ki, onlar tərəfindən keçirilmiş tədqiqatda İsveçrənin almandilli və fransızdilli rayonlarından 12-17 yaş aralığında təxminən 700 yeniyetmə iştirak edib. Məqsəd radiotezlik diapazonunun elektromaqnit sahələrinin yaddaşa təsirini öyrənmək olub.   Yaradıcı yaddaş üçün beynin sağ yarımkürəsi cavabdehdir, buna görə alimlər bildirirlər ki, elektromaqnit sahələrin yaddaşa mənfi təsiri mobil telefonla danışarkən qurğunu sağ qulağına tutan yeniyetmələrdə xüsusilə nəzərə çarpır. Həmçinin müəyyən edilib ki, simsiz kommunikasiyanın başqa növləri, məsələn, SMS mesajların göndərilməsi, elektron oyunlar və ya internetdən istifadə zamanı elektromaqnit şüası beyinə cüzi təsir göstərir, yaddaşın inkişafını saxlamır.