Bakıda uşaq beşinci mərtəbədən yerə yıxılıb


Sosial 24 İyl 2018 05:45:00 273 0

Bakıda uşaq beşinci mərtəbədən yerə yıxılıb

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Binəqədi rayonunda bədbəxt hadisə zamanı 10 yaşlı uşaq xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə 7-ci mikrorayon ərazisində baş verib.

Süleyman Sani Axundov küçəsində 2008-ci il təvəllüdlü Quliyev Murad Vahid oğlu yaşadığı binanın 5-ci mərtəbəsinin eyvanından ehtiyyatsızlıqdan yerə yıxılıb. Uşaq müxtəlif sınıq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.