Avtomobillərdən oğurluq edən şəxs tutulub FOTO


Kriminal 23 İyl 2018 23:30:00 278 0

Avtomobillərdən oğurluq edən şəxs tutulub  FOTO

Ağdamda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Son.az bildirir ki, rayon polis şöbəsinin müstəntiqi Rəşad Cəfərovun APA-ya verdiyi məlumata görə, rayon sakinləri Əflatun Abbasov, Vətən Məmmədliyə məxsus "Mercedes" markalı və Rüfət Əhmədova məxsus "Lada" markalı avtomobilin şüşələri sındırılaraq avtomobillərdən pul və mobil telefonların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində avtomobillərə ziyan vuran və oğurluq edən şəxsin əvvəllər məhkum həyatı yaşamış Salahov Ağəli Ceyhun oğlu olduğu müəyyən edilib, həmin şəxs tutularaq istintaqa cəlb olunub.


Xəbərə aid foto