Dünyanın müxtəlif ölkələrinin 8 ən məşhur deserti FOTO


Digərləri 23 İyl 2018 23:25:00 519 0

Dünyanın müxtəlif ölkələrinin 8 ən məşhur deserti  FOTO

Dünyanın hər bir ölkəsinin özünəməxsus şirniyyatı var. Onlardan bəzisi ağız dadımıza uyğun olsa da, bəzisini heç bəyənmirik.

Son.az axşam.az-a istinadən bildirir ki,dünyanın 8 məşhur desertini təqdim edir: Vaqasi - Yaponiya Yaponiyanın milli şirniyyatı olan Vaqasi avropalılara heç də şirin görünməyə bilər. Onu düyü pastasından və şəkərdən hazırlayırlar. İçərisinə isə paxla və şokolad əlavə edilir. 

Gülab camun - Hindistan "Qızıl gül ətirli qaymaq" - şirniyyatın adı tərcümədə bu cür səslənir. Deserti ölkənin hər bir vətəndaşı sevir. Quru südə, qovrulmuş un tökülür və yumru kürə formasında qızardılır və şərbətə atılır. 

Alfahor - Argentina Müasir dövrün ən məşhur şirniyyatıdır. Alfahor şəkərli-vanilli peçenyedir. Ona qatılaşdırılmış süd, cem və ya karamel vurulur.  Vaflili borucuklar - Norveç Ad günlərində və Yeni ildə ancaq bu şirniyyat hazırlanır. Yerli camaat onu hazır alıb içərisinə istədikləri növ krem yığırlar. 


Xəbərə aid fotolar