Qızları qaçırır, otaqda tək saxlayır, zorlayır, sonra da ... TÜKÜRPƏDƏN ADƏTLƏR FOTO


Digərləri 23 İyl 2018 23:03:00 555 0

Qızları qaçırır, otaqda tək saxlayır, zorlayır, sonra da ...  TÜKÜRPƏDƏN ADƏTLƏR  FOTO

Bugün Qırğızıstanda hər 5 qızdan biri zorla qaçırdılıb, sevmədiyi insanla evləndirilir. Qırğızıstanın bu özbaşınalığı hazırda "Girsl not Bridges" (qızlar gəlin deyil) adlı beynəlxalq təşkilatın əsas müzakirə mövzusudur. Bu təşkilat həddi-buluğa çatmamış qızların qaçırırdılıb, zorla evləndirilməsinə qarşı mübarizə aparır. Bir çox şərq ölkəsi üçün müqəddəs adət-ənənə sayılan bu hadisə əslində zorakılıq, insana qarşı mənəvi və fiziki şiddət sayılır.

Son.az bildirir ki, Qırğızıstanda artıq uzun illərdir ki, qızqaçırma adəti var. Lakin bu ənənə son zamalar çirkin libas geyinib. Belə ki əvvələr qızı qaçıranlar başlıq pulu verib, təmtəraqlı toy-düyün etməyə maddi durumu çatmayan gənclər idilər. Onlar qaçırdıqları qızın öncə razılığını alırdılar. Hazırda isə qızların küçənin ortasında, məktəbdən evə dönərkən, toylarda və s. yerlərdə qaçırdıb, daha doğrusu oğurlayıb, bəyin evinə aparırılar. Əsir "hə" deyənədək onu bir otaqda saxlayır, telefonunu əlindən alır, bir sözlə cəmiyyətlə olan bütün əlaqəsini kəsirlər.

Vacib şərtlərdən biri odur ki, əsirlikdə olan qız bəkarətini itirsin. Bu halda onun polisə müraciət edib, geri dönməyə cəsarəti çatmayacaq. Bu zaman isə qızlar gələcək "həyat yoldaşları" tərəfindən zorlanırlar. Bəzi hallarda qaçırılaraq məcburi cinsi əlaqəyə məruz qalan gənc qızlar son çarəni intiharda görürlər.

Bu tükürpədən adət "ala kaçuu" yəni "götür qaç" adlanır. Hər il ölkədə 15 000 qız bu barbar adətin qurbanına çevrilir. Qaçırılan qızların çoxunun 18 yaşı belə tamam olmur.

Artıq oğurlanıb, polis tərəfindən ailəsinə təslim edilən qızlarla ailə qurmaq istəyən oğlanlar nadir halda tapılır.


Xəbərə aid fotolar